• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Lənkəranda avtomobil kanala aşdı, xəsarət alan var

    17

    apr

    Lənkəranda avtomobil kanala aşdı, xəsarət alan var

    Lənkəranda avtomobil suötürücü kanala aşıb.


    AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə axşam saatlarında Lənkəran şəhərinin Səttərxan küçəsində qeydə alınıb. Lənkəran şəhər sakini 1987-ci il təvəllüdlü Ülkər Əziz qızı Əsədova idarə etdiyi “Chevrolet Cruze” markalı nəqliyyat vasitəsilə hərəkətdə olarkən idarəetməni itirib. Nəqliyyat vasitəsi yol kənarındakı suötürücü kanala aşıb. Qəza nəticəsində sürücü müxtəlif dərəcəli xəsarətlər alaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub. Yaralıya zəruri ilkin tibbi xidmətlər göstərilib.


    Qəza nəticəsində suötürücü kanalın üstündən keçən yüksəktəzyiqli qaz kəməri də qismən zədələnib.

    Faktla bağlı araşdırma aparılır.

    Tarix : 17-04-2025, 20:53 | Oxunub: 1 672