• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Bəzi çaylarda sululuq artıb

    17

    may

    Bəzi çaylarda sululuq artıb

    Avtomat hidroloji stansiyaların mayın 17-si saat 9:00-a olan məlumatına əsasən bəzi çaylarda sululuq artıb.

    Bu barədə Ekologiya.az-a Milli Hidrometerologiya Xidmətindən məlumat verilib.


    Qarabağ və Şərqi-Zəngəzur bölgəsindən axan Zabuxçayda 12 sm, Bərgüşadçayda 4 sm, Araz çayının yuxarı axınında isə 51 sm artım qeydə alınıb.

    Transsərhəd çay olan Kür-Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi 33 sm artıb, su sərfi 907 m3/san olmaqla normanın 121%-ni, Qanıx-Cəlayir məntəqəsində suyun səviyyəsi 18 sm artıb, su sərfi 369 m3/san olmaqla normanın 182%-ni təşkil edir.

    Tarix : 17-05-2025, 13:01 | Oxunub: 1 760