• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Bəzi çaylarda suyun səviyyəsi artıb

    24

    iyn

    Bəzi çaylarda suyun səviyyəsi artıb

    Bəzi çaylarda suyun səviyyəsi artıb.

    Ekologiya.az avtomat hidroloji stansiyalara istinadən xəbər verir ki, saat 9:00-a olan məlumata əsasən Böyük Qafqaz ərazisindən axan Qarasuçayda 22 sm, Katexçayda 9 sm, Qarabağ və Şərqi-Zəngəzur bölgəsindən axan Bərgüşadçayda 8 sm, Oxçuçayda isə 3 sm artım qeydə alınıb.

    Transsərhəd çay olan Kür-Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi 7 sm artıb, su sərfi 236 m3/san olmaqla normanın 58%-ni Qanıx-Cəlayir məntəqəsində isə suyun səviyyəsi 17 sm artıb, su sərfi 155 m3/san olmaqla normanın 93%-ni təşkil edir.

    Tarix : 24-06-2025, 10:50 | Oxunub: 664