• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Polis Kürdəmirdə sanitariya-gigiyena qaydalarının pozulmasna qarşı tədbirlər həyata keçirir

    28

    iyn

    Polis Kürdəmirdə sanitariya-gigiyena qaydalarının pozulmasna qarşı tədbirlər həyata keçirir

    Kürdəmirdə sanitariya-gigiyena qaydalarının təmin olunması istiqamətində tədbirlər davam etdirilir. 

    Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşlarının sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə keçirdikləri tədbirlər zamanı məişət tullantılarının müəyyən edilmiş yerlərdən kənara atılması, ətrafın zibillənməsi halları aşkar edilib. 

    Qeyd edilən ərazilərin aidiyyatı qurumlar tərəfindən məişət tullantılarından təmizlənməsi təşkil edilib. 

    Sanitar qayda pozuntusuna yol verən 4 nəfər isə inzibati qaydada məsuliyyətə cəlb olunub.

    Kürdəir RPŞ-dan Ekologiya.az-a verilən məlumata görə, bu cür tədbirlər davamlı şəkildə həyata keçiriləcək.

    Tarix : Bu gün, 14:55 | Oxunub: 704