• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Xankəndidə Zəfər parkında Zəfər Tağının hündürlüyü 44 metr olacaq

    03

    iyl

    Xankəndidə Zəfər parkında Zəfər Tağının hündürlüyü 44 metr olacaq

    Xankəndidə tikilməkdə olan Zəfər parkında Zəfər Tağının hündürlüyü Vətən müharibəsi günlərinin sayına uyğun olaraq 44 metr olacaq.

    "Report" xəbər verir ki, Tağın üst hissəsində ziyarətçilər üçün şəhərə baxış meydançası yaradılır.

    Parkın mərkəzindəki meydançadan Zəfər Tağına qədər 44 rəmzi pilləkən də nəzərdə tutulub.

    Bu pilləkənlərdə Vətən müharibəsinin hər günü üzrə azad olunmuş yaşayış məntəqələrinə dair məlumatlar əks etdiriləcək.

    Tarix : Dünən, 19:33 | Oxunub: 144