Gəncədə fərdi yaşayış evi yanır.
“Qafqazinfo” xəbər verir ki, hadisə Yeni Gəncə qəsəbəsində Zeynak Xəlil küçəsində fərdi yaşayış evlərindən birində qeydə alınıb.
Anidən başlayan yanğın nəticəsində 1958-ci il təvəllüdlü şəhər sakini Şərif Musayev xəsarət alıb.
Gəncə şəhərindəki xəstəxanalardan birinə yerləşdirilən Ş.Musayevin vəziyyəti kafidir.
İlkin məlumata görə, 45 kv.metrdən ibarət olan yarımtikili əşyaları ilə birgə yanıb. Alovun digər evlərə keçməsinin qarşısı alınıb.
Hadisə yerinə Gəncə şəhər Dövlət Yanğından Mühafizə İdarəsinin üç yanğınsöndürən avtomobili və iyirmidən artıq canlı qüvvə cəlb olunub. Alovun söndürülməsi istiqamətində tədbirlər görülür.