• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Yanğın təhlükəsizliyi ilə bağlı silsilə maarifləndirmə tədbirləri keçirilib

    07

    iyl

    Yanğın təhlükəsizliyi ilə bağlı silsilə maarifləndirmə tədbirləri keçirilib

    Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətlərinə uyğun olaraq, yanğın təhlükəsizliyi ilə bağlı əhalinin maarifləndirilməsi məqsədilə silsilə tədbirləri davam etdirir.

    Bu barədə AZƏRTAC-a FHN-in İctimaiyyətlə əlaqə idarəsindən məlumat verilib.

    Bildirilib ki, bu çərçivədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin tabeliyindəki Salyan və Ağstafa rayonları Mərkəzi Xəstəxana Publik Hüquqi şəxslərində, Ələt-Astara magistral yolunun Salyan rayonunun Kürsəngi kəndindən keçən hissəsində yerləşən Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının stasionar postunda, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin “Lənkəran Reabilitasiya Mərkəzi” publik hüquqi şəxsində, Göyçay rayonunun Mirzəhüseynli kəndinin ərazisindəki Turyançay Dövlət Təbiət Qoruğunda, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 14 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin Samux meşəbəyliyində, 2 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin Qovlar meşəbəyliyində, Sabirabad rayonunda yerləşən 3 Saylı Meşə Təsərrüfatı Mərkəzində yanğınlarla əlaqədar maarifləndirmə tədbirləri keçirilib.

    Bundan əlavə, dənli və texniki bitkilərin yığılması, daşınması, saxlanması və emalı dövründə, eləcə də meşələrin yanğın təhlükəsizliyinin təmin olunması məqsədilə Cəlilabad, Masallı və Kürdəmir rayonlarının icra hakimiyyətlərində, Muğan Regional Mərkəzində sözügedən sahələrdə çalışan məsul şəxslərin iştirakı ilə müşavirələr təşkil edilib. Tədbirlərdə yanğınların başvermə səbəbləri və qarşısının alınması yollarından danışılıb, yanğın zamanı zəruri davranış qaydalarından söz açılıb, ilkin yanğınsöndürmə vasitələrindən istifadə üsulları əyani şəkildə nümayiş olunub.

    Tədbirlərdə müzakirələr aparılıb, zəruri tövsiyələr verilib və suallar cavablandırılıb.

    Tarix : Dünən, 18:55 | Oxunub: 424