• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • FHN: Ötən həftə 812 yanğın olub, 5 nəfərin meyiti çıxarılıb

    14

    iyl

    FHN: Ötən həftə 812 yanğın olub, 5 nəfərin meyiti çıxarılıb

    Ötən həftə 812 yanğın olub, 5 nəfərin meyiti çıxarılıb.

    Bu barədə "Report"a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

    Bildirilib ki, “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən həftə ərzində 812 yanğına çıxış, 35 halda köməksiz vəziyyətdə qalma, 3 avtonəqliyyat qəzası və 1 partlayış faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

    Ümumilikdə, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ötən həftə ərzində 11-i azyaşlı olmaqla 45 nəfər xilas edilib, 5 nəfər xəsarət alıb, 5 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.

    Tarix : 14-07-2025, 15:10 | Oxunub: 1 864