• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • AQTA: İstifadəyə yararsız bitki mühafizə vasitələri aşkarlanıb

    09

    yan

    AQTA: İstifadəyə yararsız bitki mühafizə vasitələri aşkarlanıb

    Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Bərdə rayonunun Güloğlular kəndində İmaməddin Məhərrəm oğlu Əliyevə məxsus bitki mühafizə vasitələri və aqrokimyəvi maddələrin satışı mağazasında yoxlama aparıblar.

    Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən Ekologiya.az-a verilən məlumata görə, yoxlama zamanı mağazada yararlılıq müddəti bitmiş bitki mühafizə vasitələrinin satışa çıxarıldığı və preparatların qeydiyyatının aparılmadığı müəyyən edilib. Bundan əlavə, sanitar-gigiyenik və sanitar-texniki qaydaların pozulduğu aşkarlanıb.

    Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib olunub, icrası məcburi göstərişlər verilib.

    Tarix : 9-01-2026, 17:42 | Oxunub: 1 872