• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Zığ yolunda ağır qəza - Moped sürücüsü öldü

    01

    avq

    Zığ yolunda ağır qəza - Moped sürücüsü öldü

    Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.

    Bakı şəhər sakini 2002-ci il təvəllüdlü İbrahimli Toğrul Firuddin oğlunun idarə etdiyi “Tufan M50” markalı moped Zığ yolunda yük maşınına çırpılıb.

    Belə ki, ikitəkərli nəqliyyat vasitəsi hərəkətsiz dayanmış 1987-ci il təvəllüdlü Quliyev Ələkbər Əlicəfər oğlunun idarə etdiyi “Ford” markalı 99-JY-255 dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsi ilə toqquşub.

    Nəticədə T.İbrahimli aldığı xəsarətlərdən hadisə yerində ölüb.

    Faktla bağlı Suraxanı RPİ-nin İB-də araşdırma aparılır.  (Qafqazinfo)

    Tarix : 1-08-2025, 10:20 | Oxunub: 1 016