• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Qubada yanğın törədənlərdən biri həbs olunub, ikisi cərimələnib

    05

    avq

    Qubada yanğın törədənlərdən biri həbs olunub, ikisi cərimələnib

    Avqustun 3-də Quba rayonunun müxtəlif ərazilərində biçilmiş taxıl sahələrinin qəsdən yandırılması ilə bağlı polis əməkdaşları tərəfindən üç nəfər müəyyən olunaraq saxlanılıb.

    Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupunun baş inspektoru Xəyal Talıbovun Ekologiya.az-a verdiyi məlumata görə, araşdırmalarla bu qanunsuz əməllərin rayon sakinləri Bahadır Mehrəliyev, Səməndər Məmmədrəhimov və Vahid Abdullayev tərəfindən törədildiyi məlum olub.

    Onlar biçilmiş əkin sahələrini yandırdığına görə alov nəzarətdən çıxaraq daha geniş ərazilərə yayılıb.

    Saxlanılan şəxslərdən Bahadır Mehrəliyev həbs edilib, digər iki şəxs isə inzibati qaydada cərimələnib.

    Tarix : 5-08-2025, 11:16 | Oxunub: 3 552