• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • İsmayıllının dağlıq ərazilərində yanğın baş verib

    25

    avq

    İsmayıllının dağlıq ərazilərində yanğın baş verib

    İsmayıllı rayonunun Əhən kəndi yaxınlığındakı dağlıq ərazidə yanğın hadisəsi qeydə alınıb.

    AZƏRTAC-ın bölgə müxbirinin verdiyi məlumata görə, alovun söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Şamaxı və İsmayıllı rayonlarından canlı qüvvəsi və texnikası cəlb edilib.

    Yanğınsöndürənlərin operativ müdaxiləsi nəticəsində alov qısa müddətdə nəzarət altına alınıb və tamamilə söndürülüb.

    Mürəkkəb relyefli ərazidə baş verən hadisənin səbəbləri araşdırılır.

    Tarix : 25-08-2025, 09:24 | Oxunub: 2 368