• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • İrigövdəli ağacın budağı qırılaraq sakinlərin üstünə düşüb, 3 nəfər xəsarət alıb

    25

    avq

    İrigövdəli ağacın budağı qırılaraq sakinlərin üstünə düşüb, 3 nəfər xəsarət alıb

    Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Vənənd kəndində irigövdəli çinar ağacının budağının qırılaraq sakinlərin üstünə düşməsi nəticəsində 3 nəfər xəsarət alıb.

    AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə zamanı xəsarət alanlar - 1959-cu il təvəllüdlü İbrahim Əli oğlu Novruzov, 1970-ci il təvəllüdlü Miryunis Mirdavud oğlu Ağalarov və 1983-cü il təvəllüdlü Anar Əhməd oğlu Əliyev Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər.

    Xəstəxanada tibbi yardım göstərildikdən sonra vəziyyətləri normallaşan sakinlər evə buraxılıblar.

    Tarix : 25-08-2025, 17:25 | Oxunub: 3 032