• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Xaçmazda ağır yol qəzası olub, 5 nəfər xəsarət alıb

    18

    fev

    Xaçmazda ağır yol qəzası olub, 5 nəfər xəsarət alıb

    Xaçmaz rayonunun Ləcət kəndində “VAZ-2190” və “Volkswagen” markalı minik avtomobilləri toqquşub.

    "Report"un Şimal bürosunun məlumatına gorə, hadisə nəticəsində avtomobillərin sürücüləri və sərnişinlər, Bakı şəhər sakinləri: - 1957-ci il təvəllüdlü Əmrahov Nazim Qasım oğlu, qardaşı, 1959-cu il təvəllüdlü Əmrahov Fariz Qasım oğlu, Xaçmaz rayon sakinləri - 2000-ci il təvəllüdlü Adışirinov Muradxan Elbrusoviç, 1997-ci il təvəllüdlü Adilxanov Murad Xanlaroviç və 2001-ci il təvəllüdlü Əhmədxanov Nasir Nərimanoviç müxtəlif dərəcəli xəsarətlər alıblar.

    Yaralılar Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

    Faktla bağlı araşdırmalar davam etdirilir.

    Tarix : 18-02-2024, 18:50 | Oxunub: 3 288