• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Göyçayda güclü yanğın olub

    03

    sen

    Göyçayda güclü yanğın olub

    Göyçayda güclü yanğın hadisəsi baş verib.

    Hadisə rayonun Bahəddin Mirzəyev küçəsində sahibkar 1979-cu il təvəllüdlü Mustafayev Samir Vidadi oğluna məxsus yeşik sexində baş verib.

    Yanğın zamanı sexin 300 m² ərazisi, içərisindəki əşyalarla birlikdə yanıb. Hadisə yerinə FHN-nin Göyçay Rayon Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub.

    Yanğın söndürülüb və genişlənməsinin qarşısı alınıb. Yanğının yeşik sexinin emal hissəsində başladığı və qısaqapanmadan baş verdiyi bildirilir.

    Faktla bağlı araşdırma aparılır. (APA)

    Tarix : 3-09-2025, 09:55 | Oxunub: 1 104