• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Bakının Yasamal rayonunun bəzi ərazilərində avtomobillə hərəkət tam məhdudlaşdırılacaq

    19

    sen

    Bakının Yasamal rayonunun bəzi ərazilərində avtomobillə hərəkət tam məhdudlaşdırılacaq

    Bakıda aparılacaq təmir işləri ilə əlaqədar olaraq, sabah saat 08:00-dan sentyabrın 21-i saat 22:00-a qədər paytaxtın Yasamal rayonunun bəzi ərazilərində nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq tam məhdudlaşdırılacaq.

    Musavat.com bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir.

    Məlumata görə, söhbət Cəfər Cabbarlı küçəsində – A.A.Bakıxanov küçəsindən B.Bağırova küçəsinə qədər olan hissədən, eləcə də Xarici Dairəvi avtomobil yolunun yan yolunda – Məhəmməd Xiyabani küçəsindən Moskva prospektinə qədər olan hissədən gedir.

    "Sürücülərdən və vətəndaşlardan göstərilən tarix və saatlarda qeyd olunan yol sahələrindən istifadə etməmələri və hərəkətlərini alternativ marşrutlar üzrə planlaşdırmaları xahiş olunur", - deyə məlumatda qeyd olunub.

    Tarix : 19-09-2025, 15:56 | Oxunub: 1 016