• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Masallıda heyvan bazarında monitorinq keçirilib

    24

    okt

    Masallıda heyvan bazarında monitorinq keçirilib

    Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin regional bölməsi tərəfindən Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Xidmətlər Agentliyi, Daxili İşlər Nazirliyinin Masallı Rayon Polis Şöbəsi və yerli icra nümayəndəliyinin əməkdaşları ilə birgə Masallı rayonunun Kosakül kəndində fəaliyyət göstərən heyvan bazarında monitorinq aparılıb.

    Bu barədə AZƏRTAC-a agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib.

    Bildirilib ki, bazar ərazisinə gətirilən nəqliyyat vasitələri dezinfeksiya edilib, iri və xırdabuynuzlu heyvanlara baxış keçirilib, qeydə alınmış nöqsanların aradan qaldırılması barədə müvafiq göstərişlər verilib.

    Tarix : 24-10-2025, 18:34 | Oxunub: 1 792