Tərtərdə suvarma kanalında batan şəxsin kimliyi məlum olub.

Tərtər şəhər sakini, 1938-ci il təvəllüdlü Solmaz Fərzəliyevanın suvarma kanalında batması ehtimal edilir.

Bu barədə yaxınları tərəfindən Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat verilib. Hazırda FHN-in dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar. (Report)