XƏBƏRLƏR
SON DƏQİQƏ
Bakı-Quba yolunda ağır qəza - Bacı-qardaş həyatını itirdi
02 fevral 2026
10:26
1 592 baxış
Bakı-Quba yolunda ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Ekologiya.az “Report”a istinadən xəbər verir ki, magistralın Sumqayıt ərazisi, Hacı Zeynalabdin qəsəbəsindən keçən hissəsində iki avtomobil toqquşub.
Qəza zamanı 2001-ci il təvəllüdlü Ramal Cəmaləddin oğlu Mirzəyev və 2006-cı il təvəllüdlü bacısı Səma Cəmaləddin qızı Mirzəyeva hadisə yerində həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.