• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Polis avtomat, pulemyot, tapança aşkarladı

    18

    fev

    Polis avtomat, pulemyot, tapança aşkarladı

    Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

    Ekologiya.az nazirliyin Mətbuat xidmətinə istinadən xəbər verir ki, fevralın 17-si polis əməkdaşları paytaxt, respublikanın ayrı-ayrı rayonlarında və işğaldan azad olunan bölgələrdə 1 avtomat, 1 pulemyot, 1 tapança, 1 qumbara, 11 tüfəng aşkar ediblər.

    Bundan başqa, 10 patron darağı, 458 ədəd müxtəlif çaplı patron və 192 ədəd mərmi də aşkar edilərək götürülüb.

    Tədbirlər davam etdirilir.

    Tarix : 18-02-2026, 12:54 | Oxunub: 1 720