• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Polis silah-sursat aşkarladı

    13

    apr

    Polis silah-sursat aşkarladı

    Aprelin 11-də və 12-də polis əməkdaşları paytaxt, respublikanın ayrı-ayrı rayonlarında və işğaldan azad olunan bölgələrdə 7 avtomat silahı, 1 pulemyot, 1 tapança, 2 qumbara aşkar ediblər. 

    Ekologiya.az xəbər verir ki, bundan başqa 3 alışdırıcı, 19 patron darağı və 526 ədəd müxtəlif çaplı patron da aşkar edilərək götürülüb.

    Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

    Tarix : 13-04-2026, 14:45 | Oxunub: 728