• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Türkiyədə zəlzələ baş verdi

    20

    fev

    Türkiyədə zəlzələ baş verdi

    Türkiyənin cənubunda yerləşən Hatay bölgəsində zəlzələ qeydə alınıb.

    Ekologiya.az xəbər verir ki, yerli vaxtla baş verən yeraltı təkanların maqnitudası 4,2 olaraq ölçülüb.

    Hadisə ilə bağlı açıqlama yayan AFAD bildirib ki, zəlzələ Hatayın Kırıkhan rayonunda baş verib. İlkin məlumatlara görə, yeraltı təkanların ocağı təxminən 9 kilometrdən bir qədər artıq dərinlikdə yerləşib.

    Rəsmi qurumların yaydığı informasiyada dağıntı və ya xəsarət alanların olub-olmaması ilə bağlı hər hansı məlumatın daxil olmadığı qeyd edilib. Hazırda ərazidə vəziyyət nəzarətdə saxlanılır.

    Tarix : 20-02-2026, 11:01 | Oxunub: 1 264