• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Polis silah-sursat aşkarladı

    24

    fev

    Polis silah-sursat aşkarladı

    Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində tədbirlər davam etdirilir.

    Ekologiya.az xəbər verir ki, fevralın 23-ü polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2 avtomat, 1 qumbaraatan, 13 tüfəng götürüb.

    Bundan başqa, 1 patron darağı, 1 mərmi və 8 ədəd patron da aşkar edilərək müvafiq qaydada götürülüb.

    Tədbirlər davam etdirilir.

    Tarix : 24-02-2026, 15:36 | Oxunub: 920