3 gün ardıcıl iş olmayacaq - Tarixlər
Mart ayının əvvəlində ölkədə 3 gün ardıcıl qeyri-iş günü olacaq.
Ekologiya.az xəbər verir ki, 8 Mart – Beynəlxalq Qadınlar Günü bu il bazar gününə təsadüf etdiyindən, qanunvericiliyə uyğun olaraq 9 mart da qeyri-iş günü hesab olunacaq.
Beləliklə, 7 martın şənbə gününə düşməsi ilə əlaqədar olaraq ölkədə ardıcıl 3 gün istirahət imkanı yaranacaq.