İyunun 24-də Sabirabad rayonunda Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 25 may tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nda pambıqçılıq sahəsində nəzərdə tutulan hədəflərə çatmaq üçün qarşıda duran vəzifələrin müzakirəsi ilə bağlı regional müşavirə keçirilir.
Müşavirədə aidiyyəti dövlət qurumlarının nümayəndələri, pambıqçılıq sahəsi üzrə ixtisaslaşmış rayonlardan Neftçala, Salyan, Biləsuvar, İmişli, Beyləqan, Füzuli, Ağcabədi, Ağdam, Tərtər, Bərdə, Goranboy, Yevlax, Kürdəmir, Sabirabad, Saatlı, Zərdabdan olan fermer və sahibkarlar iştirak edirlər.