Müsabiqənin məqsədi sosial sahədə qabaqcıl təcrübələrin və innovativ həllərin, sosial təsiri yüksək olan təşəbbüslərin müəyyən edilərək geniş miqyasda tanıdılması və təbliğidir.
Beynəlxalq səviyyəli müsabiqə aşağıdakı 4 kateqoriya üzrə keçirilir:
Sosial sahədə süni intellekt əsaslı rəqəmsal həllər - sosial xidmətlərin göstərilməsində və sosial rifahın idarə olunmasında süni intellekt və rəqəmsal texnologiyalara əsaslanan həllər üzrə layihələr;
Sosial könüllülük və vətəndaş təşəbbüsləri - könüllülük fəaliyyəti, icma əsaslı layihələr və həssas qruplara dəstək təşəbbüsləri;
Sosial sahənin inkişafına elmi töhfə – sosial siyasət, sosial xidmətlər və sosial idarəetmə sahəsində elmi tədqiqatlar və analitik yanaşmalar;
Regional sosial təşəbbüs – regionlarda sosial problemlərin həllinə yönəlmiş yerli və davamlı layihələr.
Müsabiqə çərçivəsində aşağıdakı fərdi nominasiyalar üzrə yerli müsabiqə də elan olunur:
- lin gənc sosial innovatoru
- Sosial transformasiya lideri / təşəbbüskarı
- Sosial sahənin inkişafına davamlı töhfəyə görə
Müsabiqədə iştirak üçün müraciətlər 2026-cı ilin 15 iyul – 1 sentyabr tarixləri arasında https://socgov.az saytı vasitəsi ilə qəbul olunacaq.
Müsabiqənin qaliblərinin mükafatlandırılma mərasimi SOCGOV 2026 forumu çərçivəsində keçiriləcək.