• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • 5 otaqlı evdə yanğın və partlayış olub

    11

    fev

    5 otaqlı evdə yanğın və partlayış olub

    Qusar rayonunun Hil kəndində 5 otaqlı evdə yanğınla nəticələnən partlayış baş verib.


    AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, gecə saatlarında baş verən partlayış nəticəsində evdə tək yaşayan 30 yaşlı Abdullayev Faiq Saliddin oğlu yanıq xəsarətləri alıb.


    Bədəninin açıq nahiyələrində yanıq xəsarətləri alan yaralı Qusar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

    Partlayışdan sonra yaranan yanğın nəticəsində evin yanar konstruksiyaları və içərisindəki əşyaları yanıb.

    Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

    Faktla bağlı araşdırma aparılır.

    Tarix : 11-02-2024, 11:22 | Oxunub: 1 935