• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Boya fabrikində yanğın - Çox sayda ölü var

    17

    fev

    Boya fabrikində yanğın - Çox sayda ölü var

    Hindistanın paytaxtı Dehlidə boya fabrikində baş verən güclü yanğın nəticəsində azı 11 nəfər ölüb, bir neçə nəfər isə xəsarət alıb.

    Trend xarici KİV-ə istinadən xəbər verir ki, yanğın axşam saatlarında fabrikin birinci mərtəbəsində hələlik bəlli olmayan səbəblərdən baş verib.

    Yuxarı mərtəbələrdəki insanların binanı tərk etmək imkanı olmadığı üçün ölənlərin sayının artacağı istisna edilmir. Yanğınsöndürənlər alovu bir neçə saatdan sonra nəzarət altına ala biliblər.

    Hindistanda bina yanğınları bir çox halda təhlükəsizlik qaydalarına əməl edilməməsi səbəbindən baş verir.



    Tarix : 17-02-2024, 10:02 | Oxunub: 2 998