• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Bakıda məşhur restoran gecəyarısı velosiped yolunu dağıdıb avtodayanacaq qurdu

    11

    mar

    Bakıda məşhur restoran gecəyarısı velosiped yolunu dağıdıb avtodayanacaq qurdu

    Bakı şəhəri, Xəzər rayonunda məşhur restorana avtodayanacaq düzəltmək üçün mərkəzi yolun bardürləri gecə yarısı sökülüb, ərazidəki yaşıllıqlar məhv edilərək üstünə asfalt döşəyiblər.

    ASFALT.jpeg (108 KB)

    Bu haqda Musavat.com-a restoranın yaxınlığında yaşayan sakinlər məlumat veriblər.

    DUKAN.jpeg (53 KB)

    Bildiriblər ki, “Dukkan” restoranının avtodayanacağı üçün ərazidəki piyada və velosiped yolu da ləğv edilib. Özbaşınalıq gecəyarısı baş verib və videokameralar tərəfindən qeydə alınıb. Sakinlər deyiblər ki, bundan əvvəl də “Dukkan” restoranı oxşar qanunsuzluqlara əl atıb. O zaman Xəzər Rayon İcra Hakimiyyətinə, Bakı Şəhər İcra Hakimiyyətinə şikayətlərindən sonra qanunsuzluq aradan qaldırılıb. Sonuncu qanunsuz əməllər isə gecəyarısı həyata keçirilib deyə, sakinlər qanunsuz işlərin icrasını dayandıra bilməyiblər.

    DUKAN SON.jpeg (101 KB)

    “Dukkan” restoranının yol verdiyi qanunsuzluq Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Mərdəkan-Buzovna şosesi 719 C ünvanında qeydə alınıb. Sakinlər Bakı Şəhər İcra Hakimiyyətinin rəhbərliyindən xahiş edirlər ki, qanunsuzluğun aradan qaldırılması üçün müvafiq addımlar atılsın.

    Tarix : 11-03-2024, 19:25 | Oxunub: 3 756