Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Ekologiya.az-a verilən məlumata görə, araşdırma zamanı qanunsuz kömür istehsal edən şəxsin kənd sakini E.Qədirli olduğu müəyyən edilib. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 275.1.1-ci (dövlət ekoloji ekspertizasının müsbət rəyi olmadan ətraf mühitə bilavasitə və ya dolayı yolla mənfi təsir göstərən, habelə dövlət ekoloji ekspertizasının rəyi ilə ekoloji təhlükəsi müəyyən edilən təsərrüfat və ya sair fəaliyyətin həyata keçirilməsinə) maddəsi ilə protokol tərtib edilib. Kömür quyularının isə üzəri torpaqla örtülərək fəaliyyəti dayandırılıb.
Rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri profilaktiki tədbirlər nəticəsində isə bir nəfər rayon sakini müvafiq sənədləri olmayan ov tüfəngini könüllü olaraq polisə təhvil verib.

