• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • DYP bölgələrdə həyata keçirdiyi nəzarət tədbirləri davam edir

    22

    apr

    DYP bölgələrdə həyata keçirdiyi nəzarət tədbirləri davam edir

    Ətraf mühitə normadan artıq zərərli maddələr atan avtomobillərin istismarının qarşını alınması məqsədilə Baş DYP İdarəsinin bölgələrdə həyata keçirdiyi nəzarət tədbirləri davam edir.

    Ekologiya.az bildirir ki Xaçmaz və Beyləqan  rayonlarında təşkil olunan növbəti tədbir zamanı DYP əməkdaşları mühərrikinin işlənmiş qazlarında atmosferə atılan zərərli maddələrin miqdarı normadan artıq olan avtonəqliyyat vasitələrinin sürücülərinə qarşı qanunvericiliyə uyğun tədbirlər görməklə yanaşı, nasaz nəqliyyat vasitələrindən istifadənin ətraf mühitə, o cümlədən insanların həyat və sağlamlığına vurduğu zərərlə bağlı onlarla maarifləndirmə xarakterli söhbətlər aparıb.

    Tarix : 22-04-2024, 11:43 | Oxunub: 147