• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • DYP: Avtomobildən ixrac olunan qazın tərkibi normaya uyğun olmalıdır

    16

    apr

    DYP: Avtomobildən ixrac olunan qazın tərkibi normaya uyğun olmalıdır

    Baş Dövlət Yol Polisi (DYP) İdarəsinin əməkdaşları nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin təmin edilməsinə, eləcə də nəqliyyatdan atılan zərərli qazlarla atmosferin çirkləndirilməsinin qarşısının alınmasına yönəlmiş profilaktiki tədbirləri fasiləsiz olaraq davam etdirirlər.


    İdarədən Ekologiya.az-a verilən məlumata görə, aprelin 15-də DYP əməkdaşlarının həyata keçirdikləri növbəti tədbir zamanı mühərriklərinin işlənmiş qazlarında zərərli maddələrin miqdarı normadan çox olan nəqliyyat vasitələri müəyyənləşdirilib və onların sürücüləri qanunvericiliyə uyğun inzibati məsuliyyətə cəlb edilib.

    Sürücülərə bir daha izah olunub ki, onlar istifadələrindəki nəqliyyat vasitələrinin texniki sazlığını, eləcə də avtomobildən ixrac edilən qazların tərkibinin normaya uyğun olmasını daim nəzarətdə saxlamalıdırlar.

    Tarix : 16-04-2024, 15:55 | Oxunub: 120