• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Hava keyfiyyəti ilə bağlı beş avtomatik stansiya quraşdırılıb - Gülnarə Abbasova

    08

    may

    Hava keyfiyyəti ilə bağlı beş avtomatik stansiya quraşdırılıb - Gülnarə Abbasova

    2019-cu ildən başlayaraq ölkədə mövcud olan hava keyfiyyəti üzrə monitorinq şəbəkəsinin modernizasiyası işlərinə başlanılıb, beş avtomatik rejimdə çalışan stansiya quraşdırılıb.

    Trend-in məlumatına görə, bunu Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Gülnarə Abbasova bu gün keçirilən mətbuat konfransında bildirib.

    O qeyd edib ki, avtomatik stansiyalar Bakı şəhərində 3 ədəd, Sumqayıt və Gəncə şəhərlərində isə 1 ədəd olmaqla quraşdırılıb:

    "Stansiyalardan atmosfer havasındakı toz hissəcikləri və qaz birləşmələrinin monitorinq nəticələri əldə olunaraq Milli Hidrometeorologiya Xidmətinin Situasiya Mərkəzinə ötürülür. Monitorinq stansiyaları ilə əhatə olunmayan ərazilərdə isə hava keyfiyyətinin operativ qiymətləndirilməsində Səyyar Laboratoriyadan istifadə edilir".

    Tarix : 8-05-2024, 18:55 | Oxunub: 60