• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları bu rayonlarda ağac emalı sexlərində qanunsuzluqlar aşkarladı

    05

    iyn

    Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları bu rayonlarda ağac emalı sexlərində qanunsuzluqlar aşkarladı

    Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Balakən, Oğuz və Quba rayonları ərazisində fəaliyyət göstərən ağac emalı sexlərində qanunsuz yolla əldə edilmiş 5,5 m³ həcmində müxtəlif cinsli işlik meşə materialı aşkar olunub.


    Ekologiya.az bildirir ki, xidmət əməkdaşları faktla bağlı Balakən rayonu Tülü kənd sakini İlqar Xəlilov, Qəbələ rayonu Uludaş kənd sakini Aqil Sədullayev və Quba rayonu İkinci Nügədi kənd sakini Nazim Hüseynov barəsində qanunamüvafiq tədbirlər görülüb.

    Tarix : 5-06-2024, 22:01 | Oxunub: 2 752