• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları çınqıl-qum qarışığının qanunsuz götürüldüyü müəyyən edib

    09

    iyl

    Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları çınqıl-qum qarışığının qanunsuz götürüldüyü müəyyən edib

    Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı İmişli rayonu Cavadxanlı kəndi ərazisindən İmişli rayonu Rəsullu kənd sakini Mahir Nuriyev, Zərdab rayonu Alıcanlı kənd sakini Fuad Cavadov, Qaraçay çayının Quba rayonundan keçən hissəsindən isə Cəlilabad rayonu Novoqolovka kənd sakini Qamət Mirzəyev tərəfindən ümumilikdə 4208 m3 həcmində çınqıl-qum qarışığının qanunsuz götürüldüyü müəyyən edilib. 


    Ekologiya.az bildirir ki, faktlarla bağlı adıçəkilən şəxslər barəsində protokol tərtib olunub və qanunamüvafiq tədbir görülüb.

    Tarix : 9-07-2024, 16:42 | Oxunub: 2 440