Dövlət Ekoloji Təhlükəsizlik Xidməti bu şəxsləri inzibati məsuliyyətə cəlb edib
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Göygöl rayonunun inzibati ərazisində Göygöl rayonu Yeni Zod kənd sakini Teymur Hacıyev, Qusarçay çayının Qusar rayonundan keçən hissəsindən Fəxrəddin İsayevə məxsus qum-çınqıl karxanası, Qudyalçay çayının Quba rayonunun inzibati ərazisindən keçən hissəsindən isə "Dəmiryol Tikinti" MMC tərəfindən ümumilikdə 1202,4 m3 həcmində çınqıl-qum qarışığının qanunsuz götürüldüyü müəyyən edilib.
Ekologiya.az bildirir ki, faktlarla bağlı Teymur Hacıyev və Fəxrəddin İsayevə məxsus qum-çınqıl karxanasının iş icraçısı Şaiq Teymurov barəsində vəzifəli şəxs qismində, "Dəmiryol Tikinti" MMC-nin məsul şəxsi Talıb Mehdiyev barəsində isə fiziki şəxs qismində protokol tərtib olunub və qanunamüvafiq qaydada inzibati məsuliyyətə cəlb ediliblər.