• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Azərbaycanda mikroavtobus kanala düşdü - Xəsarət alanlar var - FOTO

    11

    iyl

    Azərbaycanda mikroavtobus kanala düşdü - Xəsarət alanlar var - FOTO

    Kürdəmirdə idarəetmədən çıxan "Mercedes" su kanalına düşüb, xəsarət alanlar var.

    Ekologiya.az APA-ya istinadən bildirir ki, hadisə Bakı-Qazax əsas magistral yolunun rayonun Karrar kəndindən keçən hissəsində qeydə alınıb.

    Gəncə sakini, 1988-ci il təvəllüdlü Abdullayev Ceyhun Canpolad oğlu "Mercedes" markalı mikroavtobusla hərəkətdə olarkən qəfildən idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq su kanalına düşüb. Qəza zamanı sürücü və onun sərnişini 2005-ci il təvəllüdlü Əhədov Yusif Ramil oğlu müxtəlif dərəcəli ağır bədən xəsarəti alıblar.

    Zərərçəkənlər Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb və həkim nəzarətinə götürülüb. Fakt araşdırılır.




    Tarix : 11-07-2024, 09:55 | Oxunub: 2 192