Bakının Yasamal rayonunun Mirəli Seyidov küçəsi, 1 ünvanında çox sayda ağac kəsilib.

Bu barədə Ekologiya.az-a Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən bildirilib.

Bildirilib ki, faktla bağlı akt tərtib olunub və təbiətə dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi məqsədilə toplanmış sənədlər hüquq-mühafizə orqanlarına göndərilməsi üçün hazırlanır.