Ekologiya və Təbii Sərvətlər Nazirliyinə məxsus “Tullantıları İdarəetmə Mərkəzi” MMC 2023-cü il üzrə maliyyə hesabatlarının beynəlxalq standartlara uyğun auditi ilə bağlı elan etdiyi kotirovka sorğusuna yekun vurub.
Ekologiya.az dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, sorğunun qalibi "Professional Financial Experts" MMC-dir.
Qalib şirkətə 2 799 manat ödəniləcək.