Mingəçevir su anbarında qanunsuz balıq ovlayan şəxslər saxlanılıb
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Xəzər dənizinin Xaçmaz rayonunun inzibati ərazisindəki akvatoriyasında, Araz çayının İmişli rayonundan keçən hissəsində, Mingəçevir su anbarında qanunsuz balıq ovlayan şəxslər saxlanılıb.
Araşdırma zamanı həmin şəxslərin Xaçmaz rayon sakini İkram Həsənov, İmişli rayon sakini Ehtibar Mehbalıyev və Mingəçevir şəhər sakini Anar Kərimov olduğu müəyyən edilib. Onlardan qanunsuz ovlanmış xeyli sayda balıq və istifadəsi qadağan olunmuş ov alətləri aşkar edilərək götürülüb.
Faktlarla bağlı qanun pozucuları barəsində protokol tərtib edilib və qanunamüvafiq tədbir görülüb.
Ekologiya.az