• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Baş Mil Muğan Kollektorunda və Varvara su anbarında qanunsuz balıq ovlayan şəxslər saxlanılıb

    29

    okt

    Baş Mil Muğan Kollektorunda və Varvara su anbarında qanunsuz balıq ovlayan şəxslər saxlanılıb

    Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Baş Mil Muğan Kollektorunda və Varvara su anbarında qanunsuz balıq ovlayan şəxslər saxlanılıb.


    Ekologiya.az bildirir ki, araşdırma zamanı həmin şəxslərin Cəlilabad rayonu Alar kənd sakinləri Elməddin Bayramov, Mirzə Qiyasov, Ziyafət Qiyasov və Mingəçevir şəhər sakini Səməd Səmədov olduğu müəyyən edilib. Onlardan istifadəsi qadağan olunmuş ov alətləri aşkar edilərək götürülüb.

    Faktlarla bağlı qanun pozucuları barəsində protokol tərtib edilib və qanunamüvafiq tədbir görülüb.

    Tarix : 29-10-2024, 13:27 | Oxunub: 1 504