• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • FHN: Hacıqabulun subasmaya məruz qalmış ərazilərində təhlükəsizlik tədbirləri davam etdirilir

    15

    okt

    FHN: Hacıqabulun subasmaya məruz qalmış ərazilərində təhlükəsizlik tədbirləri davam etdirilir

    İntensiv yağışlarla əlaqədar Hacıqabul şəhərinin subasmaya məruz qalmış ərazilərində Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələri tərəfindən zəruri təhlükəsizlik tədbirləri davam etdirilir.


    Bu barədə Ekologiya.az-a FHN-in mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, nazirliyin Muğan Regional Mərkəzinin, Dövlət Yanğından Mühafizə Xidmətinin və Mülki Müdafiə Qoşunlarının qüvvələri tərəfindən su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması və digər təhlükəsizlik tədbirlərinin görülməsi işləri fasiləsiz olaraq həyata keçirilir.


     “Hazırda əməliyyat davam etdirilir”, - deyə nazirlikdən bildirilib.

    Tarix : 15-10-2024, 12:22 | Oxunub: 2 552