• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Bakıda su basan evdən su çəkilərək kənarlaşdırılıb - FHN

    10

    mar

    Bakıda su basan evdən su çəkilərək kənarlaşdırılıb - FHN

    Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə yağan intensiv yağışlar səbəbindən Bakı şəhərinin Qaradağ rayonu, Qobustan qəsəbəsi ərazisində vətəndaşa məxsus fərdi yaşayış evinin və həyətyanı sahəsinin subasmaya məruz qalması barədə məlumat daxil olub.

    Nazirlikdən Trend-ə verilən məlumata görə, məlumatla əlaqədar dərhal Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri çağırış üzrə cəlb olunub.

    Görülmüş tədbirlər nəticəsində su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması təmin edilib, zəruri təhlükəsizlik tədbirləri həyata keçirilib.




    Tarix : 10-03-2024, 09:00 | Oxunub: 1 746