• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Bakıda su basmış yerlərdən suyun çəkilməsinə başlanılıb

    28

    okt

    Bakıda su basmış yerlərdən suyun çəkilməsinə başlanılıb

    Bakı şəhərində yağan leysan yağışlarla əlaqədar su basmış yerlərdən suyun çəkilməsinə başlanılıb.

    Bu barədə Musavat.com-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib.

    Bildirilib ki, Bakıda bəzi ünvanlarda subasmanın baş verməsi barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumatlar daxil olub və nazirliyin qüvvələri ərazilərə cəlb olunub:

    "Hazırda Nazirliyin qüvvələri tərəfindən su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması və digər müvafiq təhlükəsizlik tədbirləri həyata keçirilir".

    Tarix : 28-10-2024, 17:50 | Oxunub: 1 384