• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • İntensiv yağışlar səbəbindən Naxçıvan şəhərində fərdi ev və həyətyanı sahələri su basıb

    19

    fev

    İntensiv yağışlar səbəbindən Naxçıvan şəhərində fərdi ev və həyətyanı sahələri su basıb

    Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə intensiv yağışlar səbəbindən Naxçıvan şəhərində fərdi ev və həyətyanı sahələrin subasmaya məruz qalması ilə bağlı məlumatlar daxil olub.


    Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bununla əlaqədar Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin qüvvələri dərhal su basmış ərazilərə cəlb olunub.


    Nazirliyin qüvvələri tərəfindən su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması təmin edilib, zəruri təhlükəsizlik tədbirləri həyata keçirilib.

    Tarix : 19-02-2024, 10:00 | Oxunub: 1 616