• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Sabirabadda yol qəzası baş verdi, ölən və yaralanan var

    15

    apr

    Sabirabadda yol qəzası baş verdi, ölən və yaralanan var

    Sabirabad rayonunda yol qəzası baş verib, nəqliyyat vasitəsinin aşması nəticəsində ölən və xəsarət alan var.


    AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə gecə saat 03 radələrində Hacıqabul-Bəhrəmtəpə-Mincivan avtomobil yolunun 23-cü kilometrliyində Şəhriyar kəndi ərazisində qeydə alınıb. "Kia" markalı minik avtomobili idarəetmədən çıxaraq aşıb. Hadisə nəticəsində Məmmədov Sabir Bayram oğlu hadisə yerində ölüb. Xəsarət alan İsmayılova Dostu Əliyar qızı isə Sabirabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

    Faktla bağlı araşdırma aparılır.

    Tarix : 15-04-2024, 14:33 | Oxunub: 2 139