• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Avtomobil aşaraq alovlanıb yandı: Xəsarət alan var - FOTO

    17

    iyl

    Avtomobil aşaraq alovlanıb yandı: Xəsarət alan var - FOTO

    Ağdamda avtomobil yanıb.

    Ekologiya.az bildirir ki, APA-nın xəbərinə görə, hadisə rayonun Sarıcalı kəndi ərazisində qeydə alınıb.

    Rayon sakininin idarə etdiyi VAZ-2115 markalı, 10-NS-315 dövlət nömrə nişanlı avtomobil hərəkətdə olarkən idarəetmədən çıxaraq yol kənarına aşıb. Bundan sonra maşında yanğın başlayıb.

    Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb olunublar, yanğın söndürülüb. Sürücü müxtəlif dərəcəli yanıq xəsarətləri alaraq Ağdam Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

    Faktla bağlı araşdırma başlanıb.

    Tarix : 17-07-2024, 20:20 | Oxunub: 1 728