• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Azərbaycanda AĞIR QƏZA: Ölən və xəsarət alan var

    12

    dek

    Azərbaycanda AĞIR QƏZA: Ölən və xəsarət alan var

    Gecə saatlarında Salyanda ağır yol qəzası baş verib.

     

    Ekologiya.az xəbər verir ki, saat 01:40 radələrində 1996-cı il təvəllüdlü Məlikzadə Seymur Rafiq oğlunun idarə etdiyi “Renault Megan” markalı avtomobil rayonun Xalac kəndində hasara çırpılıb.

     

    İdarəetmədən çıxaraq daş hasara çırpılan avtomobilin sürücüsü hadisə yerində ölüb. 1997-ci il təvəllüdlü sərnişin Rəhmanov Şəhriyar Tofiq oğlu isə xəsarət alaraq Salyan Rayon Mərkəzi xəstəxanasına yerləşdirilib.

     

    Faktla bağlı Salyan RPŞ-də cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

    Tarix : 12-12-2024, 12:35 | Oxunub: 1 096