• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Bakıda evdə qaz balonu partladı: ölən var

    13

    dek

    Bakıda evdə qaz balonu partladı: ölən var

    Bakıda yaşayış evində qaz balonu partlayıb.

    Hadisə bir neçə gün əvvəl Bakının Xəzər rayonu, Türkan qəsəbəsində qeydə alınıb.

    Türkan qəsəbəsindəki evlərdən birində qaz balonunun partlaması nəticəsində yanğın olub.

    Nəticədə ev sahibi, 1956-cı il təvəllüdlü Eyyub Qasım oğlu Əliyev yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

    Həkimlərin müdaxiləsinə baxmayaraq E.Əliyev dekabrın 12-si orada ölüb.

    Faktla bağlı araşdırma aparılır./Lent.az

    Tarix : 13-12-2024, 16:35 | Oxunub: 1 392