Qərb bölgəsində müşahidə olunan küləkli hava şəraiti nəticəsində elektrik enerjisinin verilişində yaranan fasilə aradan qaldırılıb.
Ekologiya.az-ın məlumatına görə, Qazax, Ağstafa və Tovuzun bəzi ərazilərində elektrik enerjisinin verilişi tam bərpa olunub.
Ölkənin qərb bölgəsində küləkli hava şəraiti davam edir.